“Azərbaycanda Rektorlar Konfransı” layihəsi çərçivəsində prorektorların görüşü keçirildi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycanda Rektorlar Konfransı” layihəsi çərçivəsində prorektorların görüşü keçirildi - Fotolar

Sosial

04 Oktyabr 2021 21:07 958


Bakı Biznes Universitetində bu ali təhsil müəssisəsinin koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycanda Rektorlar Konfransı” adlı Erasmus+ layihəsi çərçivəsində layihənin koordinatoru Gülşən Bayramovanın moderatorluğu ilə layihə konsorsiumuna üzvü olan universitetlərin prorektorlarının ilk görüşü baş tutub. 

Yenisabah.az xəbər verir ki, görüşdə Milli Erasmus+ Ofisinin rəhbəri Pərviz Bağırov çıxış edərək universitetlərarası əlaqələrin möhkəmlənməsi, ali təhsilin dinamik inkişafı üçün layihənin vacibliyindən və bu sahədəki xarici təcrübələrdən söz açıb. 

Daha sonra layihənin fəaliyyət planının önəmli tərkib hissəsi kimi aparılmış tədqiqatların nəticələri müzakirəyə çıxarılıb və prorektorlar tərəfindən tədqiqat nəticələrinə dair fikirlər irəli sürülüb.  Sezar pizza

Tədbirdə çıxış edən prorektorlar qeyd ediblər ki, layihə təhsildə artan rəqabət və yeni çağırışlar şəraitində əhəmiyyətli rola malikdir. Belə ki, layihə ali təhsil müəssisələrinin tədris, elmi-tədqiqat, keyfiyyət təminatı, beynəlmiləlləşmə, tələbə-müəllim mobilliyi kimi bir sıra mühüm istiqamətlərdə əməkdaşlığına, eləcə də tələbə təşkilatları və məzunlarla iş, sənaye və universitet işbirliyinin möhkəmlənməsinə töfhə verəcək. Bu isə öz növbəsində ali təhsil müəssisələri arasında mövcud problemlərin qarşılıqlı şəkildə öyrənilməsi və mütəmadi olaraq təcrübə mübadiləsinə imkanlar yaradacaq. Bununla yanaşı, prorektorlar layihə çərçivəsində Konfransın işinin səmərəli təşkili ilə əlaqədar yaradılması nəzərdə tutulan komitələr və onların fəaliyyət istiqamətləri barəsində də konkret təkliflərlə  çıxış ediblər.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!