Azərbaycanda sakinlər sürət qatarının yoluna toplaşdılar - Video

Azərbaycanda sakinlər sürət qatarının yoluna toplaşdılar - Video
Okt 9, 2019 14:31
Oxunma sayı: 142

Space Tv-də Amil Xəlilin  “Olar? Olmaz!” verilişində növbəti maraqlı anlar qeydə alınıb. 

“Yeni Sabah” xəbər verir ki, şəhid İslam Abışovun adını daşıdığı küçənin sakinləri sürət qatarının yoluna toplaşıblar. Onlar ərazidəki təhlükədən bezdikləri üçün bu addımı atıblar. Sakinlərin tək istəyi bu ərazidə bir keçidin tikilməsidir. Çünki 40 mindən çox sakinin yaşadığı ərzinin uşaqları belə bu təhlükəli yoldan keçərək məktəbə yollanırlar. Ən maraqlı məqam isə bu yoldan başqa alternatib piyada yolunun olmamasıdır.

“Azərbaycan Dəmiryolu” QSC-indən də açıqlama gecişməyib. Qrumun mətbuat xidməti ictimailəşmiş məsələdən artıq xəbərdar olduqlarını və yaxın gələcəkdə ərazidə keçidin tikiləcəyini bildirib. O ki, qaldı mühafizəçinin yerinə olmamasına rəsmi qrum məsələni araşdırcaqlarını bildirib.

Həmin anları sizə təqdim edirik.

 

Yenisabah.az