Azərbaycanda son həftədə daha 1 nəfər koronavirusdan öldü - Foto

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda son həftədə daha 1 nəfər koronavirusdan öldü - Foto

Sosial

31 İyul 2023 18:33 667


Azərbaycanda son həftədə koronavirus (COVID-19) infeksiyasına 17 yeni yoluxma faktı qeydə alınıb, 24 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenisabah.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxanlardan bir nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 832 021 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 714 nəfər müalicə olunaraq sağalıb, hazırda 17 aktiv xəstə var. Bu günə qədər 10 290 nəfər vəfat edib. pizza hut

Məlumata görə, son həftə ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 624, bu günə qədər isə ümumilikdə 7 661 376 test icra olunub.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!