Azərbaycanda son koronavirus statistikası - Foto

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda son koronavirus statistikası - Foto

Sosial

04 İyun 2023 17:37 685


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 yeni yoluxma faktı qeydə alınıb, 9 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenisabah.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 831 861 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 821 548 nəfər müalicə olunaraq sağalıb, 10 277 nəfər vəfat edib, aktiv xəstə sayı 36 nəfərdir. pizza mizza

Ölkədə son sutka ərzində 646, hazırkı dövrədək isə 7 626 218 test aparılıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!