Azərbaycanda tələbələr niyə az istirahət edir? -  “Tətil müddəti imtahanlara görə qısalır”

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda tələbələr niyə az istirahət edir? - “Tətil müddəti imtahanlara görə qısalır”

Sosial

11 Yanvar 2024 00:55 965


"Azərbaycan universitetlərində tətil müddəti az deyil, sadəcə problem bundan ibarətdir ki, bizdə imtahan müddəti uzanır". 

Bu sözləri təhsil eksperti Ramin Nurəliyev Yenisabah.az-a ali təhsil müəssələrindəki tətil müddəti barədə danışarkən bildirib. Ekspert sözügedən məsələnin səbəblərini sadalayıb:

"Bizdə universitetlər tərəfindən təşkil olunan imtahanlar uzandığına görə yanvar ayının sonuna qədər davam edir. Lakin, xarici ölkələrdə, xüsusilə qardaş Türkiyədən nümunə versək, imtahanlar əksər universitetlərdə yanvarın 10-na qədər yekunlaşır. Bu həmçinin Avropa universitetlərinə də aiddir. Buna görə də tələbələrin tətilinə çox vaxt ayrılır. Məsəl üçün biz Türkiyə universitetlərinə təhsil almaq üçün göndərdiyimiz tələbələr ay yarım burada istirahət edəbildikləri təqdirdə bizim tələbələr üçün əfsuslar olsun ki, ən yaxşı halda, 20-25 gün imtahansız tətili nəzərdə tutmağımız mümkündür. Əslində tətil yanvar ayının əvvəlindən fevral ayının ortasına qədər davam edən bir marafonudur. Lakin bu ay yarımlıq tətil marafonunun içərisinə imtahanlar girdiyi təqdirdə artıq tələbə tam rahat istirahət edə bilmir, çünki tələbə imtahanlara hazırlaşır. İmtahanlar yanvar ayının sonlarına qədər çəkir, hətta bəzi universitetlərdə fevral ayının əvvəllərinə qədər davam edir. Bu da tələbənin rahat, müstəqil bir şəkildə istirahətini əngəlləyir. Məsələn, bir tələbə istər ki, heç bir məşğuliyyəti, heç bir hazırlığı, heç bir imtahanı olmadan tətilini keçirsin və istirahətə getsin. Bu xarici ölkə və ya ölkədə hər hansı bir istirahət mərkəzi ola bilər. Həmçinin, öz yaxınlarını görmək üçün rayonlara yollana bilər. Lakin xarici ölkələrdə bu belə deyil. Xarici ölkələrdə imtahanlar birləşdirilmiş formada 1 həftə ərzində yekunlaşır. Qış semestr imtahanından sonraki tətil müddətinin uzadılması yay semestrinin 20 gün uzanması deməkdir, bu da tələbələrin yay tətilinə mənfi təsir göstərir. Əslində imtahan təhsil keyfiyyətinə təsir göstərməməlidir. Bu, bizdə sovetdən qalma düşüncədir və tələbələrdə də olan yanlış psixologiadır ki, mən bütün tədis müddəti boyunca dərslərə ciddi hazırlaşmayım, imtahan ərəfəsində onsuzda imtahanlar 5-6 gün aralıqla keçirilir və bu müddətdə bütün gün dərslərlə məşğul olub həmin imtahanı müvəfəqiyyətlə verim. Əslində bu yanlış düşüncədir. Tələbə tədris müddəti ərəfəsində həmin fənnə hazırlaşmalıdır və 10 gün içərisində imtahan yerləşdirilməli və imtahanlar verildikdən sonra növbəti tədris ilinin semestrinə rahat keçəbilsinlər deyə 1 aya yaxın və yaxud 1 ay 10 gün istirahət etməlidir. Mən bunun tərəfdarıyam. Burda biz tətil müddətinin uzanması deyəndə imtahan sessiyasının uzanmasının qarşısını almalıyıq. Tələbə psixologiası belədir ki, imtahan varsa istirahət edəbilməyib imtahana hazırlaşacaq. Yanvar ayının sonu, fevral ayının əvvəli olan bir imtahana tələbə oxuma psixologiası ilə yaxınlaşarsa, imtahan psixologiası belə tələbəni tətildən uzaqlaşdırır. Bundan sonra qalan tətil müddəti 10-15 gün olur. Tətil müddətinin uzanması üçün imtahan müddətinin qısalması vacibdir". Sezar pizza

Mütəxəssis həmçinin tələbələrin dərs yükündən də danışıb:

"Azərbaycan universitetlərində dərs yükü ağır deyil. Azərbaycanda ali məktəbə qəbul olmaq çətindir, ali məktəbdə oxumaq o qədər də çətin deyil. Xaricdə isə tam tərsidir. Xarici universitetlərin dərs yükü bizdəkindən ağırdır. Bizdəki tələbələrin bəzilərində tənbəllik var. Buna görə də semestr zamanı dərs oxumayıb imtahan zamanı öyrənməyə çalışırlar. Balonya sisteminə görə müəyyən balı dərs sessiyası zamanı toplayan tələbələr imtahan zamanı şans əldə edirlər".

Bəzən tələbələr qeyri ixtisas fənnlərinin tətbiq olunmasından gileylənirlər. Ekspert bu haqqda qeyd edib ki, həmin fənnlərin əksəriyyəti 1-ci kursda keçirilir:

"Azərbaycan dili və Azərbaycan tarixi mütləq keçirilməli olan fənnlərdir çünki bu dövlət siyasətidir. Sadəcə azərbaycanlı tələbələr deyil, xaricdən gəlib Azərbaycanda təhsil alan tələbələr də var. Bu tələbələr Azərbaycan tarixindən məlumatlı olmalıdır. Həmçinin hər bir Azərbaycan vətəndaşı Azərbaycan dilini və tarixini bilməlidir. Həmçinin tibbi biliklər dərsləri də mütləq tədris olunmalıdır çünki bu fövqəladə vəziyyətlər zamanı müdafiə olunmaq üçün tələbələrə tədris edilir. Eyni zamanda qeyri ixtisas fənnləri əsasən 1-ci kursda keçirilir. Bu da tələbənin adaptasiya olunması prosesində rol oynayır. Sonraki kurslarda tələbələr öz ixtisas fənnlərinə adaptasiya olub öyrənilər".

Nigar İLQARQIZI


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!