Azərbaycanda toy menyuları bahalaşdı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda toy menyuları bahalaşdı

Sosial

13 İyul 2022 13:14 1053


İyun ayında şadlıq saraylarında sifarişlərin sayında 63% artım qeydə alınıb.

Yenisabah.az xəbər verir ki, bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) bildirilib.

Qeyd olunan müddətdə qiymət və keyfiyyət üzrə monitorinq aparılıb. Monitorinqin nəticələrinə görə, iyun ayında toy və şənliklərin sayının azalmasına baxmayaraq menyuların qiyməti orta hesabla 5% bahalaşıb. Sezar pizza

40 manatadək olan menyularda qiymət artımları 3 faiz, 40-80 manat arasındakı menyularda 5 faiz, 80 manatdan yüksək qiymət təklif edilən menyularda isə artım 7 faiz olub.

Eyni zamanda, monitorinqlər xidmət keyfiyyətinin azalmasını müşahidə edib. Belə ki, ötən müddətdə xidmətçilərin sayında müşahidə edilən azalma xidmət keyfiyyətinin aşağı düşməsinə səbəb olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!