Azərbaycanda toyda bu şərtlərlə oynamağa icazə veriləcək

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda toyda bu şərtlərlə oynamağa icazə veriləcək

Sosial

23 İyun 2021 08:03 2016


İyulun 1-dən sonra keçirilməsinə icazə verilən toylarda insanların masalardan uzaqlaşıb cəmləşərək rəqs etməsinə icazə verilib-verilməyəcəyinə aydınlıq gəlib.

“Yeni Sabah” xəbər verir ki, toylarda rəqs etməyə müəyyən şərtlərlə icazə verilir.

Belə ki, 50 nəfərədək qonaqlarla keçirilən toy mərasimlərində vətəndaşlar masadan uzaqlaşarkən maska taxmalıdırlar. Marqarita pizza

Buna görə də bu şənliklərdə rəqs edərkən maska taxmaq məcburidir. Lakin 50 nəfərdən 150 nəfərədək toylarda iştiraka COVID-19 pasportu ilə icazə verilir və bu məclislərdə maska taxmaq tələb olunmur.

Bundan başqa, məhdudiyyət qoyulan 50 və 150 nəfərədək saya musiqiçilər, müğənni, tamada və ya restoranın işçi kollektivi daxil deyil. Müəyyən edilən say yalnız qonaqlara, toy iştirakçılarına aiddir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!