Azərbaycanda türk kanalları niyə göstərmir? -   Səbəb bu imiş...

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda türk kanalları niyə göstərmir? - Səbəb bu imiş...

Rəqəmsal

17 Avqust 2026 21:15 400


2008-ci ildən bəri xidmətdə olan və texnoloji ömrünü başa vuran “Türksat 3A” peykindən televiziya və radio yayımlarının yeni nəsil peyklərə (“Türksat 4A”) köçürülməsi uğurla başa çatıb.

"Yeni Sabah" xəbər verir ki, bunu nəqliyyat və infrastruktur naziri Abdulqadir Uraloğlu deyib.

Onun sözlərinə görə, avqustun 15-dən 16-na keçən gecə həyata keçirilən əməliyyat zamanı 573 televiziya və 215 radio kanalı yeni peyklərə keçirilib. Təxminən 1000 tezlik və yayım parametri saniyələr ərzində yeni ünvanlara yönləndirilib. pizza sifarişi

“Türksat 4A” peykinə keçmək üçün aşağıdakıları yerinə yetirmək lazımdır:

Peyk: TÜRKSAT 4A

Tezlik: 12245 MHz

Polarizasiya: H (Üfüqi)

Simvol Tezliyi: 27500

Modulyasiya: DVB-S2 8PSK

FEC: 5/6

Qeyd edək ki, dünəndən etibarən Azərbaycan vətəndaşları çanaq antenləri vasitəsilə Türkiyə televiziya kanallarının yayımında problemlərin olduğunu bildirmişdilər./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!