Azərbaycanda TV reklamı bazarının illik dövriyyəsi açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda TV reklamı bazarının illik dövriyyəsi açıqlandı

Sosial

04 Noyabr 2022 11:32 766


"Azərbaycan televiziya reklamı bazarının illik dövriyyəsi 7 ildir ki, 45 milyon manatı keçmir".

Yenisabah.az Report-a istinadla xəbər verir ki, bunu "Rəqəmsal və audiovizual yayım sənayesi" İctimai Birliyinin reklamçılar komitəsinin sədri Zaur İsmayılov Bakıda "Audivizual mühitdə reklam fəaliyyəti" mövzusunda keçirilən seminarda bildirib.

"Bazarın reytinq dəyəri 1,6 milyon manat, orta reytinq qiyməti isə 28 manatdır. Bazarın böyüməsi üçün ümumi reytinq dəyəri və orta reytinq qiyməti artmalıdır. Ancaq hər iki hal özlüyündə ümumi maliyyə artımı, yəni maliyyə vəsaiti tələb edir. Bu mənada hazırda TV reklam bazarı üçün bir "Pat" halı müşahidə edilir və bazarın öz dinamikası ilə bundan çıxması qeyri-mümkün görünür", - deyə o əlavə edib. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!