Azərbaycanda un və çörəyin qiyməti ilə bağlı   MÜHÜM ADDIM

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda un və çörəyin qiyməti ilə bağlı MÜHÜM ADDIM

Sosial

22 Yanvar 2022 19:58 6138


Unun və çörəyin qiymətinin süni şəkildə artırılmasının qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görülür. Ekspertlər hesab edir ki, aidiyyatı dövlət qurumlarının apardığı monitoriqnlər öz təsirini göstərməkdədir. Əks halda bazarda möhtəkirliyin yaranması qiymət artımını qaçılmaz edərdi.

İstehlak bazarına nəzarət edilərək, möhtəkirlik hallarının qarşısı alınır.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti monitorinq və nəzarət tədbirlərini daha da gücləndirib. pizza

Preventiv tədbirlər çərçivəsində taxıl idxalçıları, həmçinin un və çörək istehsalçıları ilə görüşlər təşkil edilərək vəziyyətdən sui-istifadə hallarının qətiyyən yolverilməzliyi barədə məlumat verilib.Ekspertlər hesab edir ki, mövcud vəziyyətdə nəzarət təbirlərinin davamlı aparılmasına ehtiyac var.

İqtisadçı ekspert Eldəniz Əmirovun sözlərinə görə, haqsız rəqabət, bazar sövdələşməsinin qarşısını almaq üçün aparılan ciddi monitorinqlər bütün ölkəni əhatə edir..Bu isə öz növbəsində hər hansısa bir regionda möhtəkirliyin yaranmasının qarşısını alır.

Qeyd edək ki, hazırda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Dövlət Vergi Xidməti, Qida Təhlükəsizliyi Agentliyi və icra hakimiyyətlərinin nümayəndələri tərəfindən unun satışı və çörəyin çəki və qiymətinə gündəlik nəzarət edilir. 

Yenisabah.az Xəzər tv-nin hazırladığı sujeti təqdim edir:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Mahir
    Siz qiymətin aşağı salınmasından danışın.
    4 years ago