“İlk növbədə 50 yaşdan yuxarı təhsil heyəti vaksinasiyaya cəlb edilib”.
Yenisabah.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsindəki canlı yayımda bildirib.
Nazir qeyd edib ki, bu yaş qrupundan 56439 müəllim ən azı bir vaksinasiyadan keçib: Marqarita pizza
“Bu da o yaş üzrə 65 faiz təşkil edir, təxminən hər üç müəllimdən ikisi vaksinasiya olunub. Daha sonra 40 yaşdan 28500 heyət vaksinasiyadan keçib, bu isə 57 faiz deməkdir. Aprelin əvvəlindən bütün yaş qrupunda olan təhsil işçisi vaksinasiya olunur. Hazırda 117356 nəfər, 53 faiz işçi vaksinasiyadan keçib”.
Rmin Əmrullayev bildirib ki, bu, yalnız ümumtəhsil müəssisələrində olan müəllimlərdir: "Peşə və ali təhsil müəssisələrinin bir neçə min müəllimləri də vaksinasiya olunublar".
Telegram kanalımız