Azərbaycanda vaxtı keçmiş kreditlərin artmasına səbəb nədir?

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda vaxtı keçmiş kreditlərin artmasına səbəb nədir?

İqtisadiyyat

02 Dekabr 2024 08:21 984


Azərbaycanda vaxtı keçmiş kreditlər son bir ildə 9% artıb.

Xezerxeber.az xəbər verir ki, 2024-cü il noyabr ayının 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 479.8 milyon manat təşkil edib. Mərkəzi Bankın məlumatına əsasən bu göstərici ilin əvvəli ilə müqayisədə 9.6%, ötən ilin eyni dövrünə nisbətən isə 8.9% artıb. Vətəndaşlar isə gecikmiş kreditlərin artmasının səbəbini faizlərin çox olması ilə əlaqələndirirlər.

İqtisadçılar isə bildirirlər ki, vaxtı keçmiş kreditlərin sayının artmaması üçün bəzi qaydalara dəyişiklik edilməlidir. Dördpendirli pizza

Xalid Kərimlinin sözlərinə görə, Bank Olmayan Kredit Təşkilatlarının yaranması və fəaliyyəti də vaxtı keçmiş kreditlərin artmasına müəyyən dərəcədə təsir edir. Belə ki BOKT-lar, banklara nisbətən daha az tələblə və daha sürətli şəkildə kredit verə bilirlər.

Borcalanlar ödəmə qabiliyyətlərini düzgün qiymətləndirə bilmədikdə, bu borcların vaxtında ödənilməməsi riskini artırır.

Ətraflı süjetdə:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!