Azərbaycanda vençur kapitalı fondlarının fəaliyyəti tənzimlənəcək

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda vençur kapitalı fondlarının fəaliyyəti tənzimlənəcək

İqtisadiyyat

01 Sentyabr 2026 11:46 94


Azərbaycanda vençur kapitalı fondlarının fəaliyyəti üçün yeni tənzimləmə mexanizmləri müəyyənləşdirilir.

“Yeni Sabah” xəbər verir ki, bu fikirləri İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində Korporativ Hüquq şöbəsinin müdiri Türkan Hacıyeva bildirib.

Onun sözlərinə görə, vençur kapitalı fondları fəaliyyətinin ən azı 70%-ni startapların, innovativ layihələrin və texnopark rezidentlərinin maliyyələşdirilməsinə yönəldən xüsusi investisiya fondları olacaq: Sezar pizza

“İdarə etdiyi aktivlərin həcmi 50 milyon manata qədər və investorlarının sayı 50-yə qədər olan fondlar lisenziya almadan fəaliyyət göstərə biləcək. Bu fondların yalnız reyestrdən keçməsi və Mərkəzi Bankdan ilkin razılıq alması tələb olunacaq.

Aktivləri 50 milyon manatdan çox və investorlarının sayı 50-dən çox olan fondların isə Mərkəzi Bankdan lisenziya alması nəzərdə tutulur.”

T. Hacıyeva qeyd edib ki, vençur kapitalı fondlarına investisiya yatıran şəxslər üçün vergi güzəştləri də tətbiq ediləcək. Belə investisiyanın 100%-i vergitutulan gəlirdən və mənfəətdən çıxıla biləcək. Fondların kapital artımı və dividend gəlirləri isə 100% vergidən azad ediləcək.

Cəlalə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!