Azərbaycanda xarici tələbələrin sayı artır: “İranlılar ona görə üstünlük təşkil edir ki...”

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda xarici tələbələrin sayı artır: “İranlılar ona görə üstünlük təşkil edir ki...”

Sosial

20 Yanvar 2024 00:48 837


“Hazırda Azərbaycanda təhsil alan xarici ölkə vətəndaşlarının sayı 10 min nəfəri keçib. Bunlar, əsasən, İran, Türkiyə və Pakistan kimi ölkələrdən gələn tələbələrin üstünlüyündə özünü büruzə verir”.

Bu sözləri Yenisabah.az-a açıqlmasında təhsil üzrə ekspert Kamran Əsədov deyib.

Müsahibimiz Azərbaycanda təhsil alan xarici tələbələrin sayından, habelə onların Azərbaycanda təhsilə cəlb edilməsi üçün atılan addımlardan söz açıb. Toyuqlu pizza

Mütəxəssis əmin edib ki, bunun bir neçə səbəbi var:

“Azərbaycana 2022-2023-cü illərdə xaricdən gələn tələbələrin sayının çox olmasının səbəbi Ukraynada gedən müharibədir. Belə ki, qeyd olunan ölkələrdən olan tələbələrin bir çoxu əvvəllər Ukraynada oxumağa üz tuturdular. Çünki onların Ukraynada təhsil almaq imkanları daha əl çatan idi. Azərbaycanda iranlı tələbələr ona görə üstünlük təşkil edir ki, burada tibb üzrə təhsil məsələsi mövcuddur.

Məsələn, biz Naxçıvan Dövlət Universitetinə baxsaq, bunu görərik. Yəni ölkədə ən çox İrandan gələn tələbələrin sayı üstündür. Xarici ölkələrdən gələnlər ona görə Azərbaycanı seçmirlər ki, burada ali təhsil yüksəkdir, xeyr. Ona görə seçirlər ki, növbəti pillələrdə təhsillərini davam etdirmək daha asandır. Məsələn, Azərbaycanda tibb təhsilini alıb daha sonra Almaniyaya gedib rezidentura oxumaq imkanları daha asan olur. Yəni burada söhbət baza təhsilindən gedir”.

Mütəxəssis diqqətə çatdırıb ki, Pakistan və yaxud digər ölkələrdən gələnlər bəzi hallarda Azərbaycandan viza almaq üçün məkan olaraq istifadə edirlər:

“Çünki Azərbaycana gələn xarici tələbələr ardınca viza alıb Avropaya gedə bilirlər. Lakin Azərbaycandakı müəyyən ixtisasların – neft-qaz sahəsi, yaxud dizayn-memarlıq, eləcə də hüquq təhsilinin keyfiyyəti heç də başqa ölkələrdən aşağı deyil. Bu ixtisasları bitirən xarici ölkə vətəndaşları öz ölkələrində uğurlu kadra çevrilə bilirlər. Xarici ölkələrdə haqlı olaraq təhsilimizlə bağlı fikir müsbət olmaya bilər. Bunun səbəbi isə ölkədə keyfiyyətli təhsillə bağlı uğurlu mütəxəssisin olmamasıdır. Məsələn, Azərbaycanda plagiat işlər daha çoxdur, ya da ki, elmlə məşğul olanlar daha çox siyasiləşmiş şəxslər olurlar, onların elmi tədqiqatları yoxdur, digər beynəlxalq reytinqli jurnallarda azərbaycanlı alimlərin yazılarını, keyfiyyətli yazılar görmürük və s.”

“Son dövrlər isə bu tendensiya düzəlib. Xarici ölkələrdən gələn tələbələrin təhsil aldığı universitetlər sırasında Bakı Dövlət Universitetini qeyd edə bilərik. Bu da universitetlərin beynəlxalq reytinqinə görədir. Təkrar edirəm ki, ölkədə 7 min yox, 10 mindən çox xarici tələbə təhsil alır. Həmçinin burada “Study in Azerbaijan” layihəsi də təsir göstərir. Çünki Elm və Təhsil Nazirliyi çalışır ki, xaricdən ölkəyə tələbələr gəlsin və oxusunlar, ona görə ki, bu ölkənin təhsil reytinqi ilə bağlıdır”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!