Azərbaycanda yaşa görə pensiya artırılır

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda yaşa görə pensiya artırılır

Sosial

10 Noyabr 2021 12:44 1503


"Növbəti ildə yaşa görə əmək pensiyasının 358 manatdan 375 manata çatmasını gözləyirik. Cari ilin 10 ayında isə biz orta pensiyanın məbləğini 331 manat qiymətləndiririk. Növbəti ildə isə bu məbləğin artaraq 345 manata çatmasını gözləyirik".

Yenisabah.az-ın xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev noyabrın 10-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.

"Bu da birmənalı olaraq ölkədə həm minimal pensiyaların, həm də aztəminatlı ailələrin sosial rifahının dəstəklənməsi və orta pensiya məbləğinin artaraq əhalinin layiqli həyat səviyyəsinin təmin olunması üçün verilən növbəti dəstək tədbiri olacaq", - nazir vurğulayıb.  Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    Hörmətli nazir pensiya qalxmamış marketlərdə. Qiymətlər 2 dəfə qalxıb. Kommunal xərclər 50% qalxıb. Gələn il qalxan məbləğlə yaşamaq ÇOX çətin olacaq.
    5 years ago