Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

“Azərbaycanda yaşayan iranlıların seçkidə fəal iştirakı gözlənilir” – Səfir
18 İyn 2021 12:24
278

“Azərbaycanda yaşayan iranlıların seçkidə fəal iştirakı gözlənilir” – Səfir

"Xalqın seçkilərdə yüksək iştirakı ölkəmizin şərəf və nüfuzu üçün çox vacibdir".

Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, bunu İslam Respublikasının Bakıdakı səfiri Seyid Abbas Musəvi bildirib.

Onun sözlərinə görə, Azərbaycan Respublikasında yaşayan iranlıların seçki məntəqələrində yüksək iştirakı gözlənilir. “İranlıların həm ölkə daxilində, həm də xaricində səsverməsi ölkəmizin taleyinin yaxşı olacağı ümidi doğurur və İranın xarici siyasəti üçün çox vacibdir”.

Xatırladaq ki, bu gün İranda 13-cü prezident seçkiləri keçirilir. Azərbaycanda yaşayan İran vətəndaşları Bakı və Naxçıvanda səs verə biləcəklər.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər