Azərbaycanda yeni icra hakimiyyəti yaradıldı 

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda yeni icra hakimiyyəti yaradıldı 

Sosial

27 Dekabr 2023 16:46 834


Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev "Ağdərə rayonunun yaradılması haqqında” qanunu təsdiqləyib. Qanuna əsasən, 3 rayonun ərazisi hesabına Ağdərə rayonu yaradılacaq. 

Yenisabah.az-ın məlumatına görə, dövlət başçısı, həmçinin sözügedən Qanunun tətbiqi və bundan irəli gələn bəzi məsələlərin tənzimlənməsi barədə fərman imzalayıb. 

Fərmana əsasən, Ağdərə rayonu Qarabağ iqtisadi rayonunun ərazisinə daxil edilib. Fərmanda, həmçinin Ağdərə Rayon İcra Hakimiyyəti yaradılması nəzərdə tutulub.  Toyuqlu pizza

Qərarda Nazirlər Kabinetinə Ağdərə Rayon İcra Hakimiyyətinin fəaliyyətinin təşkili məqsədilə zəruri maliyyə vəsaitinin ayrılması və inzibati bina ilə təmin olunması üçün bir ay müddətində tədbirlər görməsi tapşırılıb. Bunun üçün hökumətə 1 ay vaxt verilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!