Azərbaycanda yeni Mərkəz yaradıldı   - QƏRAR

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda yeni Mərkəz yaradıldı - QƏRAR

Sosial

22 Aprel 2021 19:19 827


Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində "Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzi yaradılıb. 

Yenisabah.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı müvafiq qərar verib.

Müəyyən edilib ki, Mərkəz elm və sənaye arasında bağlantı, qarşılıqlı sifariş və təklif münasibətlərinin yaradılması, ixtiraçılıq fəaliyyətinin keyfiyyətcə artması və tətbiqi xarakter daşıması üçün texnologiyaların transferini və əqli fəaliyyət nəticələrinin kommersiyalaşdırılmasını həyata keçirən, innovativ inkişafın, o cümlədən startap layihələrin dəstəklənməsinə xidmət edən, elmi tədqiqatların nəticələrinin kommersiya və qeyri-kommersiya məqsədilə istifadəsi üçün transferinə, həmçinin bu nəticələrdən gəlir əldə etməyə yönəldilən, müştərilərə texnologiyaların və layihələrin hədəf bazarlarına çıxarılması xidmətlərinin göstərilməsində, bu sahədə fəaliyyətin əlaqələndirilməsində iştirak edən publik hüquqi şəxsdir.  pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!