Azərbaycanda yeni milli parklar yaradılır - Nazir 

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda yeni milli parklar yaradılır - Nazir 

Sosial

23 May 2023 15:55 874


Hazırda Zaqatala Dövlət Təbiət Qoruğunun bazasında Zaqatala-Balakən Biosfer Rezervatının, həmçinin əhəmiyyətli və unikal təbii landşaft müxtəlifliyinə malik Qanıx (Alazan) çayı vadisini və Axar-baxar dağ silsiləsini əhatə edən ərazilərdə, həmçinin Qax Dövlət Təbiət Yasaqlığı və İlisu Dövlət Təbiət qoruğunun bazasında yeni milli parkların yaradılması işlərinə başlanılıb. 

Yenisabah.az-ın məlumatına görə, bu barədə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev "Bioloji müxtəlifliyin qorunması" mövzusunda konfransda çıxışı zamanı bildirib. 

“Bioloji müxtəlifliyin qorunması istiqamətində regional və qlobal səviyyədə əməkdaşlığa xüsusi önəm verilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası bioloji müxtəlifliyin mühafizəsi istiqamətində qəbul edilmiş bütün konvensiyalara qoşulmuş və bu sahədə fəaliyyət göstərən beynəlxalq təşkilatlarda uğurla təmsil olunur. Hazırda 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığından ibarət olan xüsusi mühafizə olunan təbiət ərazilərimiz ekosistemlərin, nadir fauna və flora növlərinin mühafizəsində əhəmiyyətli rol oynayır”,- deyə nazir əlavə edib.  Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!