“Azərbaycanda yoluxanların sayı elan olunan rəqəmlərdən dəfələrlə çoxdur“   - Professor

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycanda yoluxanların sayı elan olunan rəqəmlərdən dəfələrlə çoxdur“ - Professor

Sosial

08 May 2021 14:35 1080


Koronavirus epidemiyasına qarşı vaksinasiya prosesi sürətli şəkildə davam etsə də, dünya ölkələri pandemiyanın qarşısını almaqda aciz qalıb. Virusa yoluxma sayına görə ilk beşlikdə isə ABŞ, Fransa və Türkiyə kimi səhiyyəsi güclü olan ölkələr də var.

Maraqlıdır, bu cür inkişaf etmiş ölkələrin COVID-19-un əlində aciz qalması nə ilə bağlıdır?

Mövzu barədə Yenisabah.az-a danışan professor Adil Qeybullanın sözlərinə görə, həmin ölkələrdə rəqəmlərin bu cür olması onu göstərir ki, orada düzgün statistika aparılır, koronavirusla əlaqədar geniş şəkildə test tətbiq edilir: Pepperoni pizza

“Bu rəqəmlər real vəziyyəti göstərir. Amma əksər ölkələrdə kütləvi testləşmə yoxdur. Belə olan halda biz koronaviruslu xəstələrin sayını necə dəqiq bilə bilərik? Məsələn, Azərbaycanda rəqəmlər ancaq təsdiq olunan, xəstəxanaya yerləşdirilən virus daşıyıcılarına aiddir. Axı bizdə xəstələrin hamısı test olunmur ki, həqiqi göstəricini bilək. Azərbaycanda virus daşıyıcılarının sayı elan olunan rəqəmlərdən dəfələrlə çox oldu. Sadəcə bir az qızdırması olan başqasının resepti ilə sistem qoşdurur. Reseptlər əllərdə gəzir. Ona görə də real statistika hər ölkədə yoxdur. Təəssüf ki, bu da əsas faktorlardan biridir. Həmçinin rəqəmlərin bu səviyyədə olması həmin ölkələrdəki epidemioloji vəziyyətlə də bağlıdır. Ola bilər ki, Hindistanda daha çox insanların sosial durumuna, ABŞ-da isə ilk vaxtlar virusun ciddiyə alınmamasına bağlıdır. Bir məsələ var ki, Britaniya ştamı Britaniyada qeydə alınsa da, orada epidemioloji vəziyyət pisləşmədi, nəzarət güclü oldu, amma başqa ölkələrdə üçüncü dalğa yaşandı və xeyli tələfat oldu”.

Həmsöhbətimiz post-pandemiya dövrdə çox ciddi çalışmalı olduğumuzu vurğulayıb:

“Yəni xüsusi alqoritmlər yaradılmalıdır. COVID-19 pandemiyası müddətində buraxılan səhvlər ümumiləşdirilməlidir ki, gələcəkdə bu cür səhvlər təkrarlanmasın, məsələləri vaxtında lokallaşdırmaq mümkün olsun. Yəqin ki, post-pandemik dövrdə xeyli araşdırmalara ehtiyac olacaq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!