Azərbaycanda yüksək vəzifələrdə çalışmış şəxs vəfat etdi - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda yüksək vəzifələrdə çalışmış şəxs vəfat etdi - FOTO

Sosial

15 İyun 2024 16:29 2878


Azərbaycanda gəmiçilik sahəsində bir sıra yüksək vəzifələrdə çalışmış, Xəzər Dəniz Gəmiçilik İdarəsinə rəhbərlik etmiş Vaqif Ağazadə vəfat edib.

Bu barədə onun yaxınları bildiriblər.

V.Ağazadə 81 yaşında xəstəlik səbəbindən dünyasını dəyişib. pizza hut

Qeyd edək ki, Vaqif Ağazadə 1988-1991-ci illərdə Xəzər Dəniz Gəmiçiliyi “İnflot” dəniz agentliyinin direktoru, 1991-1994-cü illərdə Xəzər Dəniz Gəmiçiliyinin sədrinin 1-ci müavini, 1994-1995-ci illərdə Xəzər Dəniz Gəmiçiliyinin rəis əvəzi, 1994-1995-ci illərdə qurumun Yunanıstandakı nümayəndəliyin baş direktoru vəzifələrini tutub./Publika.az


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!