Azərbaycanda 69 minə yaxın şəxs işlə təmin edilib

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda 69 minə yaxın şəxs işlə təmin edilib

Sosial

12 Noyabr 2021 11:16 789


Bu ilin yanvar-oktyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi 68,5 min işsiz və işaxtaran şəxsi işlə təmin edib. 

Agentlikdən Yenisabah.az-a verilən məlumata görə, özünüməşğulluq proqramının bu il 16 min şəxsi əhatə etməsi nəzərdə tutulub ki, cari ilin 10 ayında onlardan artıq 12625-i proqrama cəlb edilib.

Digər məşğulluq xidmətlərində olduğu kimi, özünüməşğulluq proqramının icrasının da rəqəmsal platforması yaradılıb. Proqrama müraciət edənlərin elektron reyestri, qiymətləndirmə əsasında növbəlilik prinsipi tətbiq edilib. Həmçinin proqrama aid e-platforma yaradılaraq, aktiv alanların sənədləri və aktivlərin verilməsi prosesinə aid foto, video çəkilişlər ictimaiyyətə açıqlanır. Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!