Azərbaycandan beyin axını: 1400 həkim Almaniyaya getdi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycandan beyin axını: 1400 həkim Almaniyaya getdi

Sosial

13 İyul 2023 11:20 1575


"Azərbaycandan təkcə Almaniyaya 1400 həkimin getməsi çox düşündürücüdür. Bu sayının zamanla artacağı da dəqiqdir". 

Yenisabah.az xəbər verir ki, bunu invaziv kardioloq, tibb elmləri namizədi Üzeyir Rəhimov özünün "facebook" hesabında yazıb.

Onun sözlərinə görə, bu axının bir sıra səbəbləri var:  Dominos pizza

"Həmin həkimlərin təhsil aldıqları universitetdə və ya daha sonra çalışmağa (staj görməyə) başladıqları yerlərdə aldıqları psixoloji travmalar, güvənli şəkildə həkim haqlarını qoruyan, həkim və pasient əlaqələrini tənzimləyən qaydaların olmaması və bu barədə ümumiyyətlə düşünülməməsi, maddi rifah və mənəvi əminliyin olmaması həkimlərin işləmək üçün xaricə getməsinin səbəbləri sayıla bilər".

Ü.Rəhimov qeyd edib ki, xaricə üz tutunların əksəriyyəti məcburiyyət üzündən bu addımı atırlar:

"Yəqin ki, heç kəs Vətənini buraxıb getmək istəməz. Gedənlər bir şey itirdilərmi? Xeyr, tam əksinə, gələcəklərini güvəncə aldılar. Onlar ölkəmizdən fərqli olaraq, orada həkim kimi öz işindən zövq alacaqlar. Üzücü də olsa, ora gedən məsləkdaşlarım adına sevinirəm. Heç olmasa, 1400 həmyerlim həkim kimi rahat olacaq. Lazım olduqda buradakı gənc məsləkdaşlarımıza da indiyə qədər etdikləri kimi yardım edəcəklər. 12 il xarici ölkədə tibb təhsili alıb Vətənə qayıdan biri olaraq çox şey yaza bilərəm. Papağımızı qabağımıza qoyub düşünməliyik". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!