Azərbaycanda yaşayıb rusa, farsa tulalıq etməyin cəzasını bilirsənmi?

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda yaşayıb rusa, farsa tulalıq etməyin cəzasını bilirsənmi?

Sosial

26 Dekabr 2023 11:30 1223


İşgəncələrə qarşı Azərbaycan Komitəsinin sədri Tural Hüseynov Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində saxlanılan qondarma rejimin "rəhbər"ləri Arayik Arutyunyan, Ruben Vardanyan, David Manukyan və Lyova Mnatsakanyana baş çəkib. 

Komitədən bildiriblər ki, saxlanılan şəxslər mövcud şəraitdən razıdırlar. 

Niyə də olmasınlar?  Sezar pizza

Onlar üçün vaxtaşırı gəzintinin təşkil olunduğunu, hər həftə ailə üzvləri ilə telefonla danışmaq üçün şərait yaradıldığını bilirdinizmi?

Azərbaycan hüquqi dövlətdir. Biz bu canilərlə qanun çərçivəsində davranırıq. Onların Aqşinlə Hüseynə hansı zülmü etdiklərindən xəbərimiz var. Amma yenə bu qatillərə, heyvandan heç bir fərqi olmayan bu cinayətkarlara adam kimi münasibət göstəririk...

Bu, öz yerində! Diqqətimi çəkən başqa məqam var. Qarabağdakı keçmiş xunta rejiminin sonuncu başçısı Arayik Arutyunyan görüş zamanı deyib ki, o, özünü Azərbaycan vətəndaşı sayır. Azərbaycan dilində minə qədər söz başa düşsə də, ermənidilli məktəbdə təhsil aldığından azərbaycanca danışa bilmir. 

Ayayikə bəzi tövsiyələrim, gözünü dörd açıb oxusun: Azərbaycan əlifbasında birinci hərf A-dır. Məktəbə gedəndə, qələm tutmağı öyrənəndə bizə əvvəlcə A hərfini yazmağı öyrədirlər. Yüz illərdir yazı-pozuya bu sözlə başlayırıq: Ana. Çünki vətən bizim üçün anadır. Ana Vətən. Anamız Azərbaycan. 

Arayik, bildinmi, əvvəl hansı hərfi, hansı sözü öyrənəcəksən? 

Əvvəl A hərfini öyrənib “Ana Vətən - Azərbaycan" yazacaqsan. 

Deyirlər ki, Arayik dilində minə qədər söz bilir. Dünəndən maraq məni öldürür. Görəsən, Arayik doğma dilimizdə hansı sözləri bilir? Nə vaxtsa qarşılaşsaq, ona “sən xainsən, nankorsan, alçaqsan, əclafsan!” desəm, məni başa düşər? Görəsən o özgəsinin çörəyini yeyib, sonra onun üzünə ağ olan, yediyi qaba tüpürən adamlara Azərbaycan dilində nankor deyildiyindən xəbərdardırmı? Görəsən, Arayik Azərbaycanda yaşayıb rusa, farsa tulalıq etməyin cəzasını bilirmi? Görəsən, onun Qafqazın ən qədim xalqlarından olan azərbaycanlıların satqınları necə cəzalandırdığından xəbəri varmı?

Min söz az deyil, deməli bazası var. İstəsə, ana dilimizi tezliklə öyrənə bilər. 

Öyrən, ay əclaf, tez öyrən! Yanındakılara da öyrət! Üzünüzə deməyə çox sözümüz var.

Bu iş tüpürməklə olmur… 

Seymur VERDİZADƏ 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!