“Azərbaycanfilm” etiraf etdi: “Digər rəhbər işçilər də istefa verib”

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycanfilm” etiraf etdi: “Digər rəhbər işçilər də istefa verib”

Sosial

10 İyun 2024 22:00 397


Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası direktor Nazim Hüseynov və onun müavini Aydın Hüseynovun tutduqları vəzifədən azad edilməsi ilə bağlı məlumata aydınlıq gətirib.

Kinostudiyanın İctimaiyyətlə Əlaqələr və Marketinq Şöbəsinin rəhbəri Ramil Ələkbərov "Qaynarinfo"ya bildirib ki, direktor, Əməkdar mədəniyyət işçisi Nazim Hüseynov öz ərizəsi ilə tutduğu vəzifədən azad olunub:

"Direktordan əlavə olaraq kinostudiyanın rəhbər işçiləri də işdən çıxmaq haqqında ərizələrini təqdim ediblər. Direktor müavini, prodüser Emil Nəcəfov və aparat rəhbəri Aydın Hüseynovun istefa ərizələri təsdiqlənib. "Azərbaycanfilm"ə kimin rəhbər təyin olunacağı ilə bağlı isə dəqiq məlumat yoxdur". Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!