Azərbaycanı qarşıdakı 4 ildə nə gözləyir? -   Vacib məlumat

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanı qarşıdakı 4 ildə nə gözləyir? - Vacib məlumat

İqtisadiyyat

16 Oktyabr 2026 15:58 93


İqtisadiyyat Nazirliyinin təqdim etdiyi son proqnozlara əsasən, 2027-ci ilin sonuna ÜDM-in həcminin 141,0 milyard manat (o cümlədən qeyri-neft-qaz ÜDM-in 109,1 milyard manat), 2030-cu ildə isə ÜDM-in 169,1 milyard manata, qeyri-neft-qaz ÜDM-in isə 138,6 milyard manata qədər artacağı proqnozlaşdırılır.

“Yeni Sabah” xəbər verir ki, ortamüddətli dövrdə ÜDM-in real artım tempinin orta illik 3,3 faiz, qeyri-neft-qaz ÜDM-in isə 4,4 faiz olacağı gözlənilir. 2030-cu ildə ÜDM-in tərkibində qeyri-neft-qaz sektorunun xüsusi çəkisinin artaraq 82,0 faizə çatacağı proqnozlaşdırılır.

Baza ssenarisində neftin bir barelinin orta illik ixrac qiymətinin 2027-ci il və 2028–2030-cu illər üçün 65,0 ABŞ dolları səviyyəsində qalacağı fərz edilib. Eyni zamanda, 2029-cu ildən etibarən Abşeron yatağının tam gücü ilə istismarı hesabına hasilatın artması və bunun sektorun inkişafına müsbət töhfə verəcəyi gözlənilir. Pepperoni pizza

İnvestisiya sahəsində isə 2027-ci ildə əsas kapitala yönəldilən investisiyalarda 2,4 faiz, ortamüddətli dövrdə isə orta illik 2,2 faiz artım proqnozlaşdırılır. Neft-qaz sektoruna kapital qoyuluşlarının 2027–2028-ci illərdə artacağı, investisiyaların proqnozlaşdırılmasında isə dövlət büdcəsinin əsaslı xərcləri, işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işləri, qeyri-neft sektoruna cəlb olunacaq birbaşa xarici investisiyaların illik 10-15 faiz artım hədəfi və dövlət-özəl tərəfdaşlığının genişləndirilməsinin nəzərə alındığı bildirilib.

Cəlalə Cəlalqızı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!