Azərbaycanın bu rayonuna 30 sm qar yağıb - Faktiki hava

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın bu rayonuna 30 sm qar yağıb - Faktiki hava

Sosial

17 Yanvar 2022 10:23 2101


Yanvarın 17-si saat 10:00-a olan məlumata əsasən cənub və şərq rayonlarında hava yağıntılı olub, sulu qar, qar, Sumqayıt və Bakıda sulu qar yağıb. 

Milli Hidrometeorologiya Xidmətindən Yenisabah.az-a verilən məlumata görə, düşən yağıntının miqdarı Lerikdə 15.0 mm, Qubada 14.0 mm, Astarada 8.0 mm, Şabran, Ordubadda 6.0 mm, Ləzə, Xaltan, Altıağacda 5.0 mm, Yardımlı, Qusar, Xaçmazda 4.0 mm, Lənkəranda 1.0 mm, Bakıda və Abşeron yarımadasında: Sumqayıtda 2.0 mm, Maştağa, Bakıda 1.0 mm-dək olub.

Qar örtüyünün hündürlüyü Ağdərədə (Ordubad) 30 sm, Ləzədə 21 sm, Qubada 20 sm, Lerikdə 19 sm, Qrızda 15 sm, Sarıbaşda (Qax) 14 sm, Şabran, Xaltan, Altıağacda 12 sm, Şahbuzda 8 sm, Daşkəsəndə 6 sm, Göygöl, Qusar, Naxçıvanda 5 sm, Xınalıqda 1 sm olub. pizza mizza

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 1-2° isti, aran rayonlarında 1-4° şaxta, dağlıq rayonlarda 15°-dək şaxta, Naxçıvan MR-da 14°-dək şaxta olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!