İlk dəfə təşkil edilən Azərbaycan-Türkiyə Səhiyyə Biznes Forumu və sərgisi hər iki dövlətin əməkdaşlığa ən yüksək səviyyədə verdiyi dəstəyin növbəti təzahürüdür.
Yenisabah.az-ın məlumatına görə, səhiyyə naziri Teymur Musayev Azərbaycan-Türkiyə Səhiyyə Biznes Forumu və sərgisinin açılış mərasimi zamanı bunu deyib.
Nazir qeyd edib ki, hazırda 700-dən çox türk tələbə Azərbaycan Tibb Universitetində təhsil alır. Dominos pizza
"Türkiyəli həmkarlarımızla əməkdaşlıq COVID-19 pandemiyası dövründə daha intensiv hal aldı. Bununla yanaşı TURKOVAC vaksininin 3-cü faza sınaqları Azərbaycanda keçirilir. Türkiyə ilə münasibətlər Azərbaycan üçün xüsusi xarakter daşıyır. Türkiyə ilə əməkdaşlıq yalnız ikili formatda deyil, beynəlxalq müstəvidə də davam edir”,- deyə T.Musayev bildirib.
Telegram kanalımız