Azərbaycanın əczaçılıq məhsulları idxalı azalıb

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın əczaçılıq məhsulları idxalı azalıb

İqtisadiyyat

14 Avqust 2026 16:35 75


Azərbaycanın dərman və əczaçılıq məhsulları idxalında həcm və dəyər ifadəsində geriləmə qeydə alınıb.

“Yeni Sabah” xəbər verir ki, 2026-cı ilin ilk 6 ayı ərzində ölkəyə 6 min 947,65 ton əczaçılıq məhsulu gətirilib. İdxal olunan bu məhsulların ümumi statistik dəyəri 252 milyon 412,64 min dollar təşkil edib. Bu göstərici ümumi idxal portfelinin 3,03%-nə bərabərdir. 2025-ci ilin müvafiq dövründə isə ölkəyə 10 min 36,62 ton əczaçılıq məhsulu idxal edilmişdi ki, bunun da statistik dəyəri 259 milyon 390,48 min dollar olmuşdu (ümumi idxaldakı payı 2,25%).

Qeyd edək ki, 2026-cı ilin birinci yarısında əczaçılıq məhsullarının fiziki həcmində (tonla) kəskin azalma müşahidə edilsə də, məhsulların ümumi dəyərindəki eniş daha mülayim olub. Eyni zamanda, bu kateqoriyanın ölkənin ümumi idxalındakı payı müəyyən qədər yüksəlib. pizza

Cəlalə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!