Azərbaycanın Fransadakı səfirliyi erməni fanatiklərin hücumları ilə bağlı bəyanat yaydı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın Fransadakı səfirliyi erməni fanatiklərin hücumları ilə bağlı bəyanat yaydı

Dünya

20 Sentyabr 2022 23:03 1007


Azərbaycanın Fransadakı səfirliyi bu ölkədə yaşayan erməni fanatiklər tərəfindən Parisdəki səfirliyin binasına edilən hücumdan sonra Fransanın səlahiyyətli orqanlarından müvafiq tədbirlər görməyi tələb edir.

Yenisabah.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Fransadakı səfirliyi bəyanat yayıb.

Bəyanatda bildirilib:

“Biz Fransanın səlahiyyətli orqanlarından tələb edirik:

1. 2022-ci il sentyabrın 18-də erməni radikal qruplarının hücumu ilə bağlı hərtərəfli araşdırma aparılsın;

2. Ona hüquqi qiymət verilsin;

3. Bu hücumun vurduğu ziyan aradan qaldırılsın;

4. Qarşılıqlılıq prinsipi çərçivəsində Azərbaycan Respublikasının Parisdəki səfirliyi və mədəniyyət xidməti binası qarşısında 24/7 polisin olması təmin edilsin, çünki onlar bu cür əməllərin daimi təhlükəsi altındadırlar”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!