"Azərbaycanın uzunmüddətli iqtisadi artımı və yeni iş yerlərinin yaradılması getdikcə daha çox qeyri-neft sektorunun, xüsusilə də turizm sənayesinin inkişafı ilə bağlı olacaq".
"Yeni Sabah, bu barədə Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Rolande Prays Bakıda keçirilən "İqtisadi Artımı və Diversifikasiyanı Təmin Etmək üçün Azərbaycanın Turizm Potensialının Açılması" adlı konfransda bəyanat verib.
Regional direktor qeyd edib ki, rəsmi Bakı son illərdə güclü makroiqtisadi idarəetmə, möhkəm fiskal ehtiyatlar və düşünülmüş dövlət siyasəti sayəsində qlobal və regional xarici iqtisadi şoklara qarşı dayanıqlılığını uğurla qoruyub. Pepperoni pizza
Rolande Praysın sözlərinə görə, neft və qaz hasilatının tədricən azalması fonunda davamlı artımın təmin edilməsi və yüksək keyfiyyətli məşğulluğun yaradılması üçün qeyri-neft sektorunun rolu kritik əhəmiyyət kəsb edir:
"Bu baxımdan, turizm iqtisadi artımın sürətləndirilməsi və iqtisadiyyatın şaxələndirilməsi (diversifikasiyası) üçün ən böyük potensiala malik aparıcı sahələrdən biri kimi qiymətləndirilir".
Dünya Bankı rəsmisi ötən ilin yekun iqtisadi göstəricilərinə də toxunub. Bildirilib ki, 2025-ci ildə Azərbaycanda ümumi iqtisadi artım 1,4 % təşkil edib. Buna əsas səbəb kimi neft hasilatında qeydə alınan azalma meylinin davam etməsi və qeyri-neft sektorundakı artım tempinin müəyyən qədər zəifləməsi göstərilib.
Cəlalə Cəlalqızı
Telegram kanalımız