2026-cı ilin yanvar-iyul aylarında Azərbaycandan İsveçrəyə 193,59 milyon ABŞ dolları dəyərində 272,5 min tondan çox xam neft və neft məhsulları göndərilib.
“Yeni Sabah” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin analoji dövrü ilə müqayisədə İsveçrəyə edilən ixracın dəyəri 3,6 dəfə, fiziki həcmi isə 3 dəfə artıb.
Cari ilin ilk 7 ayında ölkədən ümumilikdə 8,032 milyard dollar dəyərində 12,7 milyon tondan artıq neft məhsulu xaricə satılıb. Azərbaycanın neft alıcıları arasında İsveçrə 2,14%-lik payla 9-cu sırada yer alıb. Dominos pizza
Telegram kanalımız