Azərbaycanda tanınmış içki və qida məhsullarının istehsalçısı olan “MARS OVERSEAS BAKU LTD” MMC (VÖEN: 9900006521) nizamnamə kapitalını azaltdığını elan edib.
“Yeni Sabah” xəbər verir ki, şirkətin yaydığı məlumata görə, kreditorlar 1 (bir) ay müddətində öz tələbləri ilə bağlı AZ1153, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Cənub Hissəsi ünvanına müraciət edə bilərlər.
Qeyd edək ki, MMC-nin hazırkı nizamnamə kapitalı 111 milyon 506 min 866 manat təşkil edir. Şirkətin qanuni təmsilçisi Ramiz Qəhrəman Sadaylıdır. 1999-cu ildən fəaliyyət göstərən “Mars Overseas Baku” Azərbaycanda “PepsiCo” məhsullarının istehsalı və distribusiyası ilə məşğul olan şirkətlərdən biridir. Şirkət “Pepsi”, “7UP”, “Mirinda”, “Mountain Dew”, “Lay’s” kimi beynəlxalq brendlərlə yanaşı, “Jalə”, “Natura”, “Mia” və “I’M Tea” məhsullarının da istehsalı və satışı ilə məşğuldur. Şirkətin Qəbələ, Lənkəran və Qubada istehsal müəssisələri fəaliyyət göstərir. Dördpendirli pizza
Cəlalə Cəlalqızı
Telegram kanalımız