Azərbaycanın qızıl ixracında ciddi artım

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın qızıl ixracında ciddi artım

İqtisadiyyat

28 Avqust 2026 13:34 75


Cari ilin ilk 7 ayı ərzində Azərbaycan xaricə 239,4 milyon dollar dəyərində qızıl satıb.

“Yeni Sabah” xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın son buraxılışında yer alan göstəricilərə əsasən, bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə 33,9 faiz yüksəkdir.

Təkcə iyul ayında xarici bazarlara 37,2 milyon dollarlıq dəyərli metal göndərilib ki, bu da ötən ilin iyuluna nəzərən 9,7 faizlik artım deməkdir. pizza

Ümumilikdə yanvar-iyul aylarında ölkənin qeyri-neft-qaz sektoru üzrə xarici ticarət dövriyyəsi 18,3 faiz genişlənərək 2,5 milyard dollara çatıb.

Cəlalə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!