2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanla ABŞ arasında ticarət dövriyyəsi 521 milyon 603 min ABŞ dolları olub.
“Yeni Sabah” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 31,4% aşağıdır.
Hesabat dövründə Azərbaycanın ABŞ-yə ixracı 52,5% artaraq 64 milyon 351,51 min dollara çatıb. Əksinə, ABŞ-dən Azərbaycana idxal 36,3% azalaraq 457 milyon 252,33 min dollar təşkil edib. Toyuqlu pizza
Beləliklə, ABŞ ilə ticarətin Azərbaycanın ümumi xarici ticarət dövriyyəsindəki payı 1,7% olub. ABŞ-yə ixrac ümumi ixracın 0,3%-ni, bu ölkədən idxal isə ümumi idxalın 4,6%-ni formalaşdırıb.
Ümumilikdə, Azərbaycanın 2026-cı ilin ilk 7 ayında xarici ölkələrlə ticarət əməliyyatlarının həcmi 29 milyard 216 milyon dollar təşkil edib. Bu, illik müqayisədə 1,3% çoxdur.
Bu dövrdə Azərbaycanın ixracı 19 milyard 336 milyon dollar, idxalı isə 9 milyard 881 milyon dollar olub. İxrac 27% artdığı halda, idxal 27,4% azalıb.
Nəticədə Azərbaycanın xarici ticarət balansında 9 milyard 455 milyon dollarlıq profisit yaranıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 5,9 dəfə yüksəkdir.
Telegram kanalımız