“Azərbaycanla düşmənçiliyə son qoymalıyıq” - Erməni spiker 

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycanla düşmənçiliyə son qoymalıyıq” - Erməni spiker 

Siyasət

11 İyul 2024 14:59 602


“Ümid edirik ki, onilliklər davam edən münaqişəyə son qoyulacaq”. 

Yenisabah.az xəbər verir ki, bunu Ermənistan parlamentin spikeri Alen Simonyan iyulun 11-də növbədənkənar iclasda Azərbaycanla sülh danışırları barədə danışarkən bildirib. 

O, xüsusilə qeyd edib ki, Alma-Ata Bəyannaməsinin prinsiplərinə riayət etməklə sərhədin delimitasiyası prosesi başa çatdırılmalıdır. 

"Bu yolla biz iki dağıdıcı müharibəyə səbəb olan düşmənçiliyə son qoymalıyıq", - Simonyan deyib. 

Spiker müxalifətdən olan deputatların suallarına cavab verərəkən “Ermənistan Respublikasının bir qarış ərazisi də qonşu ölkəyə verilməyib, planlaşdırılmayıb, bu msələ müzakirə olunmayıb və müzakirə oluna da bilməz”, - deyib.  

Simonyan Kadastr Komitəsinin rəhbəri Suren Tovmasyandan Ermənistan ərazisindən nə qədər ərazinin verildiyini dəqiq söyləməyi tələb edən “Hayastan” fraksiyasının deputatı Artur Xaçatryana köhnəlmiş söhbəti etməyin yersiz olduğunu xatırladıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!