Azərbaycanla Ermənistanın ticarəti 17 milyon dolları keçdi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanla Ermənistanın ticarəti 17 milyon dolları keçdi

İqtisadiyyat

07 Avqust 2026 10:39 71


Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi mətninin paraflanması və Birgə Bəyannamənin imzalanmasının sabah bir ili tamam olacaq. 2025-ci il avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçirilən üçtərəfli görüş regionda sülh prosesinin mühüm mərhələlərindən biri kimi qiymətləndirilir.

“Yeni Sabah” xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, əldə olunan razılaşma təkcə sülh gündəliyinin irəliləməsinə deyil, həm də iqtisadi əməkdaşlığın başlanmasına şərait yaradıb. Onun sözlərinə görə, Vaşinqton görüşündən sonra Azərbaycan Ermənistana yanacaq məhsullarının ixracına başlayıb, Azərbaycan ərazisindən Ermənistana daşınan yüklərlə bağlı məhdudiyyətlər aradan qaldırılıb və bu, iqtisadi əlaqələrin mərhələli şəkildə bərpasını göstərir.

Deputat qeyd edib ki, Azərbaycanın rəsmi statistikasında artıq Ermənistanla ixrac və idxal əməliyyatları öz əksini tapır: Marqarita pizza

“2026-cı ilin ilk yarısında Azərbaycanın Ermənistana ixracı 17,1 milyon dollara çatıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ilin ilk beş ayında iki ölkə arasında ticarət dövriyyəsi 11 milyon 273 min dollar təşkil edib. Bunun 11 milyon 272 min dolları Azərbaycandan Ermənistana ixracın, cəmi min dolları isə Ermənistandan idxalın payına düşüb”.

Vüqar Bayramovun sözlərinə görə, ticarətin strukturunda əsas yeri yanacaq məhsulları tutur:

“İlk beş ayda Azərbaycandan Ermənistana ağır distilyatlar və qazoyllar 9 milyon 426 min dollar, mühərrik benzinləri 1 milyon 167 min dollar, oktan ədədi 95-dən aşağı olan benzin 672 min dollar, həmçinin plastmas inşaat detalları ixrac edilib. Ermənistandan isə rəsmi statistikada min ədəd kəsilmiş təzə qızılgülün idxalı göstərilsə də, bunun re-eksport olduğu ehtimal edilir”.

Deputat vurğulayıb ki, Azərbaycan və Ermənistan arasında ticarət əlaqələri artıq formalaşmağa başlayıb. Onun fikrincə, Vaşinqton razılaşmasından sonra əldə edilən sülhün dayanıqlığının möhkəmləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu prosesin davamlılığı isə Ermənistanda Konstitusiya dəyişikliklərinin həyata keçirilməsindən asılı olacaq. V.Bayramov hesab edir ki, sülh müqaviləsinin imzalanması sülhü institusionallaşdıraraq daha dayanıqlı edəcək.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!