Azərbaycanla Özbəkistan arasında iqtisadi əlaqələr   GÜCLƏNİR

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanla Özbəkistan arasında iqtisadi əlaqələr GÜCLƏNİR

İqtisadiyyat

21 Avqust 2026 14:35 28


Azərbaycanla Özbəkistan arasında strateji tərəfdaşlıq iqtisadi əlaqələrə də ciddi təsir göstərib. Ölkələr arasında ticarət dövriyyəsi son illərdə kəskin artaraq 2025-ci ildə 795 milyon dollara çatıb.

“Yeni Sabah” xəbər verir ki, bunu deputat Vüqar Bayramov Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsi ilə bağlı paylaşımında bildirib.

Deputat qeyd edib ki, iki ölkə arasında siyasi münasibətlər iqtisadiyyat, investisiya, sənaye, nəqliyyat, logistika, enerji, kənd təsərrüfatı, təhsil, elm, mədəniyyət və humanitar sahələrdə genişmiqyaslı əməkdaşlıqla daha da zənginləşib. Pepperoni pizza

Onun sözlərinə görə, Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi 2023-cü ildə 178 milyon dollar olduğu halda, 2024-cü ildə 252 milyon dollara yüksəlib. 2025-ci ildə isə bu göstərici 795 milyon dollara çatıb.

V.Bayramov bildirib ki, ötən il Azərbaycan Özbəkistandan 719 milyon dollar dəyərində mal idxal edib. Hazırda Özbəkistan Azərbaycanın Mərkəzi Asiyada ən böyük ticarət tərəfdaşıdır. Eyni zamanda, Özbəkistan türk dövlətləri arasında Türkiyədən sonra Azərbaycanın ikinci, MDB məkanında isə ikinci ən böyük ticarət tərəfdaşıdır.

Deputat qarşılıqlı sərmayə qoyuluşlarının da iki ölkə arasındakı əlaqələrin inkişafında mühüm rol oynadığını vurğulayıb. O qeyd edib ki, üç il əvvəl 500 milyon dollar ümumi kapitalla yaradılan Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti müxtəlif layihələri maliyyələşdirərək iqtisadi əməkdaşlığın genişlənməsinə töhfə verir.

V.Bayramovun sözlərinə görə, dövlət başçıları arasında keçirilən yüksək səviyyəli görüşlər və səfərlər də Azərbaycan-Özbəkistan münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edir.

Deputat bildirib ki, iki ölkə liderləri arasında mövcud olan səmimi dostluq, qarşılıqlı hörmət və etimad Azərbaycan-Özbəkistan qardaşlığının inkişafında xüsusi əhəmiyyət daşıyır.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!