“Azərbaycanla qonşuluq münasibətlərimiz ola bilər” - Erməni deputat

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycanla qonşuluq münasibətlərimiz ola bilər” - Erməni deputat

Rəsmi

17 Yanvar 2022 13:38 787


“Regionda şüurlu olmalıyıq, qonşularımıza hörmət etməliyik, onlar bizim hüquqlarımıza, biz onların hüquqlarına ehtiramlı olmalıyıq”.

Yenisabah.az “Aysor”a istinadla xəbər verir ki, bunu Ermənistan Milli Məclisində hakim “Vətəndaş müqaviləsi”nin deputatı olan Xaçatur Sukiasyan bildirib.

O, Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması ilə əlaqədar danışıqlara toxunub.

Sukiasyan jurnalistin "Azərbaycanlılarla barışmağa hazırsınızmı" sualına isə belə cavab verib:

“Biz də öldürüldük, onlar da öldürüldü, yəhudilərin də soyqırımı olub, amma bu gün Almaniyada rahat yaşayırlar.Regionda, beynəlxalq aləmdə ola biləcək proseslər, bəyanatlar və reallıqlar çox vaxt bizdən, “Turan” və ya başqa ittifaqlar qurmaq istəyən dövlətlərdən asılı deyil. Ola bilsin ki, digər ölkələr daha çox onlardan güclü olan digər vasitələrdən istifadə edərək birlik qurmaq istəyən ölkələrin planlarını alt-üst edir. Ona görə də, ağıllı olmalıyıq, hər işə girməməliyik. İşimiz qonşularımızla birbaşa münasibətlərimizi aydınlaşdırmaqdır. Azərbaycanla qonşuluq münasibətlərimiz ola bilər”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!