Bu gün Tbilisi yaxınlığında 4,1 bal gücündə zəlzələ baş verib.
Yenisabah.az “Novosti-Georgia”ya istinadla əbər verir ki, bu barədə Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.
Yeraltı təkanlar Gürcüstan paytaxtından 53 km aralıda, Bolnisi şəhəri yaxınlığında (Kvemo Kartli bölgəsi) qeydə alınıb.
Zəlzələnin hiposentri 6 kilometr dərinlikdə yerləşib. Binalara ziyan dəyməsi barədə məlumat verilməyib.
Eyni zamanda, İndoneziya sahillərində 5,9 bal gücündə zəlzələ qeydə alınıb.
Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.
Telegram kanalımız