Azərbaycanlı Almaniyada məscidə hücum etdi – Fotolar 
16 Yan 2020 06:16
734

Azərbaycanlı Almaniyada məscidə hücum etdi – Fotolar 

Almaniyanın Nürnberq şəhərində yerli məscidlərdən birinə hücum olub. 

“Yeni Sabah” Türk mediasına istinadən xəbər verir ki, məscidə hücum edən şəxsin azərbaycanlı olduğu bildirilir. Adı açıqlanmayan hücumçu dəmir boru ilə silahlanıb, məsciddəkiləri təhqir edərəık onları “iblis”, məscidi isə “şeytan yuvası” adlandırıb.

Hadisə yerinə polis çağırılıb və hücum edən şəxs qandallanaraq aparılıb.

Məscidin imamı Ergun Çelik deyib ki, eyni şəxs artıq üçüncü dəfədir onlara hücum edir: “Hər dəfə də bizi təhqir edir. Bundan əvvəl gəlib məscidin qarşısında tualetini etmişdi. Onun məqsədinin nə olduğunu bilmirik. Amma bu hərəkətlər məscid əhli üçün təhlükəlidir”.

 

Azərbaycanlı Almaniyada məscidə hücum etdi – Fotolar 
Azərbaycanlı Almaniyada məscidə hücum etdi – Fotolar 

Oxşar xəbərlər