Bir müddət əvvəl tanınmış aparıcı Rövşanə Ağasəfqızı və Əməkdar artist Nigar Şabanova arasında efirdə mübahisə düşməsi gündəmə çevrildi. Xanəndə media nümayəndələrinin ünvanına tənqidi fikirlər səsləndirdi.
Bir qədər mübahisədən sonra isə aparıcının Nigara Türkiyənin məşhur aktrisası Hülya Avşarı misal çəkməsi mübahisəni daha da alovlandırdı.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan teleaparıcı Elgiz Əkbər bildirib ki, məsələdən tam xəbərdar deyil, amma Rövşanə Ağasəfqızı peşəkar aparıcıdır: Toyuqlu pizza
“Mən hesab edirəm ki, aparıcı moderator olmağı bacarmalıdır. Rövşanə çox yaxşı aparıcıdır. Rövşanə bilirsiniz, neçə illərin aparıcısıdır? Çox savadlı, maraqlı, diqqəti özünə çəkməyi bacaran aparıcıdır. Və mütləqdir ki, aparıcı moderator olmağı bacarsın. Əgər aparıcı 5 qonaq çağırırsa, o qonaqlardan 2-si danışıb, 3-ü ağzına su alıb oturacaqsa, onda qonaqü niyə çağırılır? Hamı bərabər şəkildə öz fikrini bildirməlidir, bunu da tənzimləyən təbii ki, aparıcıdır. Aparıcı özü də bu müzakirələrdə iştirak edə bilər. Amma aparıcı tərəf saxlamamalıdır, istisna hal kimi bəzən bu da ola bilər, nəzərə alın ki, aparıcı da bir vətəndaşdır. Onun da subyektiv fikirləri olur”.
Aparıcı Tarix Əliyev (Tolik) isə bəzən aparıcıların yersiz müqayisələr etdiyini, bunun da efirə gələn qonaqda pis təəssürat yaratdığını bildirib:
“Rövşanənin aparıcılığına söz demək mənə düşməz. Çünki o, illərlə ANS telekanalında, Space-də, MTV-də verilişlər aparıb. Rövşanə peşəkar jurnalist, pedaqoqdur. Amma bəzən müğənnilər efirə gələndə elə düşünürlər ki, yalnız onlar danışmalıdır və yalnız onları tərif etmək lazımdır. Söhbət Nigar Şabanovadan getmir, ümumi danışıram. Rövşanə Bektaşi bu gün söz sahibi olan aparıcıdır, amma onun Hülya Avşarla Nigar Şabanovanı bir tutması düz deyil. Hülya Avşar ola bilər ki, 85 milyonluq Türkiyənin ulduzudur, amma o, sənətindən çox çəkildiyi pozğun rolları ilə məşhurlaşıb. Nigar Şabanova isə bu gün Azərbaycanı 70 ölkə arasında təmsil edən, muğam müsabiqəsinin laureatı olan, Əməkdar artist fəxri adına layiq görülmüş sənətçidir. Biz çalışıb hər kəsi Ceniffer Lopez etməli deyilik, özümüzünkülərlə kifayətlənməliyik. Təbii ki, Amerikada yaşasaydıq Aygün Kazımova Madonna, Röya da Ceniffer Lopez olardı. Lakin biz Azərbaycanda yaşayırıq və Azərbaycan ulduzlarını bir-birinə məsəl çəkməliyik. Hülya Avşar öz ölkəsi üçün Hülya Avşardır. Aparıcılarda olan aqressiya bəzən gələn qonaqlarda pis aura yaradır. Bunu etməsələr daha yaxşı olar”.
Əsmətxanım Rzazadə
Telegram kanalımız