Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Azərbaycanlı bacılar Olimpiadada medal qazandılar
28 İyl 2021 11:54
1262

Azərbaycanlı bacılar Olimpiadada medal qazandılar

Əslən azərbaycanlı olan Cessika və Cennifer Qədirova bacılarının yer aldığı Böyük Britaniyanın qadın gimnastika milli komandası Tokio-2020-də bürünc medal qazanıb.

Yenisabah.az xəbər verir ki, Britaniya gimnastikada 93 illik fasilədən sonra Yay Olimpiya Oyunlarındakı ilk dəfə mükafat qazanıb. 16 yaşlı əkiz azərbaycanlı bacıların bu nailiyyətin qazılmasında böyük rolu olub.

Xatırladaq ki, Cessika bu il İsveçrədə keçirilən Avropa çempionatının qalibi olub. Cennifer isə 2019-cu ildə yeniyetmələr arasında dünya çempionatının gümüş medalını qazanıb.

Qədirova bacılarının valideynləri azərbaycanlıdırlar. Atası Natiq Qədirov bir müddət əvvəl verdiyi müsahibədə 2001-ci ildə Böyük Britaniyaya köçdüklərini deyib. Altı övladı var. Cessika və Cennifer 2004-cü ildə İrlandiyada doğulublar. “İşlə əlaqədar İrlandiyaya getmişdik. Uşaqların da doğuşu həmin səfər vaxtına tuş gəldi”.

Qeyd edək ki, əkiz bacılar həm İrlandiya, həm də Böyük Britaniya vətəndaşlarıdırlar. Valideynləri isə orada müvafiq icazə ilə yaşayırlar.

Mehri Qurban

Azərbaycanlı bacılar Olimpiadada medal qazandılar
Azərbaycanlı bacılar Olimpiadada medal qazandılar
Azərbaycanlı bacılar Olimpiadada medal qazandılar
Azərbaycanlı bacılar Olimpiadada medal qazandılar
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər