Bakı Hərbi Məhkəməsində azərbaycanlı əsirlərə işgəncə verməkdə təqsirləndirilən Ermənistan vətəndaşı Lüdviq Mkrtçyanın barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının vəsatətinə baxılıb.
Yenisabah.az xəbər verir ki, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar verilib. Məhkəmənin qərarı ilə vəsatət təmin edilib və Lüdviq Mkrtçyan barədə 4 ay həbs qətimkan tədbiri seçilib.
Lüdviq Mkrtçyana Cinayət Məcəlləsinin 113-cü (işgəncə) maddəsi ilə ittiham verilib. Sentyabrın 27-də başlanan 44 günlük hərbi əməliyyat zamanı L. Mkrtçyan bir neçə erməni hərbçisi ilə birlikdə Azərbaycan Ordusu tərəfindən əsir götürülüb. /Report
Telegram kanalımız