Azərbaycanlı gəncdən böyük uğur - Bu universitetə qəbul olundu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı gəncdən böyük uğur - Bu universitetə qəbul olundu

Sosial

25 İyun 2026 13:36 166


Azərbaycanlı gənc Saner Baxşəlili dünyanın ən aparıcı ali məktəblərindən biri sayılan və “Çinin MİT”i adlandırılan Tsinghua Universitetinə qəbul olunub.

“Yeni Sabah” xəbər verir ki, o, adıçəkilən təhsil müəssisəsinin Economics fakültəsinin “Qlobal liderlər üçün siyasət, iqtisadiyyat və sosiologiya - ağıllı cəmiyyət proqramı” ixtisasında təhsil alacaq.

Saner Baxşəlili CSCA imtahanlarında riyaziyyat fənni üzrə 97 bal toplayıb və IELTS-dən 7.0 balla C1 sertifikatı əldə edib. Bu uğurdan sonra Avropanın bir çox nüfuzlu təhsil ocaqlarından və Çinin məşhur ali məktəblərindən bir hesab edilən Fudan Universitetindən də qəbul alan azərbaycanlı gəncin seçimi məhz Tsinghua Universiteti olub. Toyuqlu pizza

Hazırda qeydiyyat aparılır və yekunlaşdıqdan sonra həmyerlimiz Çinin paytaxtı Pekin şəhərinə təhsil almağa yola düşəcək.

Qeyd edək ki, 1911-ci ildə yaradılan və Çinin paytaxtı Pekin şəhərində yerləşən Tsinghua Universiteti xüsusilə mühəndislik, kompüter elmləri və süni intellekt sahələrində bir çox qlobal reytinqlərdə dünya üzrə 1-ci yerdə göstərilir.Ali məktəb dünya sıralamasında ən yaxşı qlobal universitetlər siyahısında 6-cı yerdə qərarlaşıb.

Buranın məşhur məzunları arasında Çin Xalq Respublikasının sədri Si Cinpin də daxil olmaqla, bir çox nazirlər, dövlət rəhbərləri, alimlər və böyük şirkətlərin sahibləri var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!