Azərbaycanlı kursant Türkiyədə vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı kursant Türkiyədə vəfat etdi

Hadisə

26 Fevral 2025 18:17 376


Azərbaycanlı hərbi kursant Elvin Eldəniz oğlu Quluzadə Türkiyədə yerləşdirildiyi xəstəxanada vəfat edib. 

Yenisabah.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, o, Rusiyada hərbi təhsil aldığı müddət ərzində 2024-cü ilin may ayından Omsk şəhərində yerləşən Akademik N.N.Burdenko adına Baş Hərbi Klinik Hospitalda müalicə olunub.  Pepperoni pizza

Vurğulanıb ki, E.Quluzadə daha sonra müalicəsini davam etdirmək üçün 2024-cü il iyulun 19-dan Türkiyənin Ankara Universitetinin Tibb fakültəsinin xəstəxanasında yerləşdirilib. Lakin həkimlərin səyinə baxmayaraq, 2025-ci il fevralın 25-də həmin xəstəxanada kəskin leykemiya, reaktiv perikardit (qan xərçəngi) səbəbindən vəfat edib.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!