Laçın şəhərinin, Zabux və Sus kəndlərinin Azərbaycanın suverenliyinə keçməsi bu gün rəsmiləşib.
Azərbaycanın üçrəngli bayrağı Laçın rayonunun mərkəzində ucaldılıb.
Yenisabah.az xəbər verir ki, rayonun Zabux kəndinin azad edilməsi ilə yüksək rütbəli dövlət məmuru, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov da ata yurduna qovuşub. Sezar pizza
Məmur bununla bağlı “Facebook” hesabında paylaşım edərək yazıb:
“Bu da bizim 10 il yaşayıb, 30 il yaşaya bilmədiyimiz evimiz!
Şəhidlərimizin ruhu şad olsun!!!
Yaşasın Ordumuz , Yaşasın Müzəffər Ali Baş Komandan”
Gündüz İsmayılovun bu paylaşımı sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb. Yüzlərlə dostu ona göz aydınlığı verərək, ailəsi ilə birlikdə dogma yurdda xoş günlər yaşamağı arzulayıb.
Əsmətxanım
Telegram kanalımız