Azərbaycanlı məşhurdan şok addım - Sağikən özünə məzar qazdırdı -   Foto

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı məşhurdan şok addım - Sağikən özünə məzar qazdırdı - Foto

Şou

11 Noyabr 2019 11:35 1508


"Gəncədə sərdabə deyilən yer var, 3-ün 4-ə - bir otaq. Gir içində ayaqüstə gəz. Qardaşımla bərabər həmin yeri götürmüşük. Qapısını aç, pilləkənlə düş, Sərxanın cəsədini qoy. Sevmədiyim insanları məclisimdə görmək istəmirəm. Dirilib gələrəm. Mən ölmüşəm, sevinib, ehsanımı yeyirsiz?"

"Yeni Sabah" xəbər verir ki, bu sözləri aparıcı-aktyor Sərxan Kərəmoğlu "Şou ATV" verilişində qonaq olarkən deyib.  O, 19 il əvvəl özünə Gəncədə məzar qazdırdığını bildirib. Sərxan bu addımı atmasının səbəbini də açıqlayıb:

"1999-cu il 28-dən 29-na keçən gecə idi. Mən Moskvada ailəmlə yaşayırdım. Səhər saat 4-5 arası bir zəng gəldi. Qaldırdım, gördüm səs gəlmədi. Xışıltı səsi idi. Nəsə deməyə çalışırdı, amma deyə bilmirdi. qardaşım imiş, son anında mənə zəng edibmiş. Səhər zəng etdilər ki, qardaşın Kəramət ölüb. Çoxlu spirtli içki içib, adi bir dərmanın güdazına getdi. Həmin məzar qardaşımın cənazəsi Azərbaycana gətirilən iki gecədə hazırlanıb". Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!