"İndi blogerlər alfons kişilər saxlayır və bununla öyünürlər. Bunlara gülməyim gəlir".
Yenisabah.az bizim.media-ya istinadla xəbər verir ki, bu sözləri "Miss Azerbaijan 2019" Səmra Hüseynova sosial şəbəkə hesabında bildirib.
O, ad çəkməsə də iddia edib ki, bəzi blogerlər ərləri olsa belə, pul qarşılığında alfons kişilərlə görüşür: pizza mizza
"Bloger xanımlar başqa kişinin aldığı evə alfons kişini soxur. Bunun da adını "ailə" qoyur. Nə deyim, vallah? Bloger xanımın əri gedir başqasıyla gəzir, amma yenə də ona "ərimdir, ərim" deyir. Heç o "ərim"dir deyən kişi evə bir ədəd çörək belə almır.
Yalandan, reklam qarşılığında gül mağazalarına gedib, oradan bir dəstə çiçək götürüb "bunları mənə ərim alıb" deyirlər. Siz belə etməklə kimi aldadırsınız? Siz belə yalnız özünüzü aldadırsınız. Niyə özünüzə hörmət etmirsiniz?
Pulla kişi saxlamaq nə deməkdir? Bəyəm o qədər zəifsiniz?! O qədər dəyərsizsiniz ki, bir kişini pulla yanınızda saxlayırsınız?! Deyirsiniz ki, pulunu verirəm, təki yanımda yat".
Qeyd edək ki, ötən gün aparıcı və prodüser Tarix Əliyev sosial şəbəkə hesabında bir sıra blogerlərin saxtakarlıq etməsi ilə bağlı videoaçıqlama yaymışdı.
Telegram kanalımız