Azərbaycanlı reperin anasının üstünə ağac aşdı - Ayağını kəsdilər   - Video

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı reperin anasının üstünə ağac aşdı - Ayağını kəsdilər - Video

Şou

23 Noyabr 2021 11:39 958


“Promete” ləqəbi ilə məşhurlaşan reper Pərviz İsaqov dövlət qurumlarına müraciət edib.

Yenisabah.az xəbər verir ki, sosial şəbəkə hesabından müraciət edən reper anasının başına gələnlərdən yazıb.

Belə məlum olur ki, küçədə ağac anasının üstünə aşıb və xəsarət alan qadın ayağı amputasiya edilib: Dominos pizza

“Noyabrın 10-da güclü külək olarkən anam yaşadığı Yasamal rayonu, Mirəli Seyidov küçəsində bir neçə qonşuyla köşkdə (“bisetka”) olub. Küləyin başladığını görərək qadınlar evə getmək qərarına gəliblər. Bu zaman həyətdəki böyük ağac anamın üstünə aşıb. Xəsarət o qədər ciddi olub ki, anamın ayağını amputasiya ediblər. Hadisədən bir neçə saat sonra hansısa qurum gəlib həyətdəki aşmış ağacın qalıqlarını kəsib, kökündən qoparıb”.

Reper hadisədən 10 gündən çox vaxt keçməsinə baxmayaraq, hələ də dövlət qurumlarının onlarla maraqlanmadığını qeyd edib:

"Heç bir qurum anamla maraqlanmayıb. Həm də Anamın üstünə aşan quru ağacla bağlı bundan əvvəl sakinlər dəfələrlə aidiyyatı qurumlara müraciət ediblər".

Həmin görüntüləri təqdim edirik:

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!